Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun qaynı, polkovnik Cəbrayıl Vəliyev polis orqanlarından xaric edilib. Daxili işlər orqanlarından virtualaz.org-a daxil olan məlumata görə C.Vəliyev nazir Vilayət Eyvazovun əmri əsasında, xidmətdə yol verdiyi nöqsanlara görə polis orqanlarından çıxarılıb. O, nazirin sərəncamına qədər DİN Nəqliyyatda Baş Polis İdarəsində Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsini tuturdu.
C.Vəliyev daha əvvəl Salyan rayon Polis İdarəsinin rəisi olub, 2020-ci ilin martında həmin vəzifədən azad edilib və Nəqliyyatda Baş Polis İdarəsində Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsinə təyin olunub. Daha əvvəl isə Saatlı rayonunun polis rəisi idi. C.Vəliyev bu aran rayonlarında polis rəisi olarkən əhali arasında çox mənfi imic qazanıb, sosial şəbəkələrdə və KİV-lərdə onun qanunsuz əməlləri barədə çoxsaylı şikayətlərə rast gəlmək mümkündür.