Xəbər Lenti

Azərbaycanlı mütəxəssislərdən kənd təsərrüfatının inkişafına innovativ töhfə – Video

Daha bir itkin hərbçimizin şəhid xəbəri gəldi

Bakı ilə Dubay arasında uçuşlar bərpa olunur

Beş il övlad həsrəti çəkən şəhidimizin qızı oldu

Tələbəni təhqir etdiyi deyilən direktor: “O sözün mənasını indi öyrənirəm”

Bu müəssisə işçiləri əməkhaqlarının 20%-ni natura formada qəbul edə biləcək

Azərbaycanda COVID-19-a gündəlik yoluxma hallarının sayında 2 dəfəyə yaxın artım qeydə alınıb

Təhsil Nazirliyi 1 milyonluq mebel xəbərini təkzib etdi

Azərbaycan daha iki ölkədən quş əti idxalına məhdudiyyət qoydu

l Qarabağ müharibəsində itkin düşən Azərbaycan vətəndaşlarına aid olduğu ehtimal edilən 7 meyitin qalıqları təhvil alınıb

Narkotacir heroin satarkən saxlanıldı

BNA əhaliyə müraciət edib

Bakıda narkotacirdən silah-sursat götürülüb

Dövlətə xəyanətdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

Şuşada iki ev yandı

Dörd aydan çoxdur komada olan Tacəddin şəhid oldu

XİN rəhbərliyi ilə Azərbaycanın diplomatik nümayəndəlikləri arasında müşavirə keçirilib

Əli Həsənovun qaynı polis orqanlarından xaric olundu

Qəbələ sakini evinin yaxınlığında ayının hücumuna məruz qalıb

Azərbaycanda COVID-19 ilə bağlı son vəziyyət

Kreml Lavrovun Aİ ilə bağlı bəyanatına münasibət bildirib

Bakıda qadın parkda qarət edilib

Prezidentin xüsusi nümayəndələri ilə əlaqədar qanuna dəyişiklik edilib

Lavrov Rusiyanın Aİ ilə əlaqələri kəsməyə hazır olduğunu bəyan edib

Evdən 15 min manatlıq oğurluq edən xadimə tutulub

“Bavariya” ikinci dəfə dünya çempionu olub

Dünyada son sutkada 413 mindən çox koronavirusa yoluxma qeydə alınıb

Prezident İlham Əliyev CQD Məşvərət Şurası çərçivəsində nazirlərin VII iclasında çıxış edib – YENİLƏNİB

Daha bir şəhidimiz Şabranda dəfn edildi

Prezident İlham Əliyev CQD Məşvərət Şurası çərçivəsində nazirlərin VII iclasında çıxış edib

Yüklə
28/2/ 2021
GNS
Ayaqqabı dünyası
Nəticə yoxdur
Bütün nəticələr
  • QARABAĞ
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • İDMAN
  • DÜNYA
  • ŞOU
  • QARABAĞ
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • İDMAN
  • DÜNYA
  • ŞOU
Nəticə yoxdur
Bütün nəticələr
GNS
Nəticə yoxdur
Bütün nəticələr

XİN rəhbərliyi ilə Azərbaycanın diplomatik nümayəndəlikləri arasında müşavirə keçirilib

12.02.2021
XİN rəhbərliyi ilə Azərbaycanın diplomatik nümayəndəlikləri arasında müşavirə keçirilib

12 fevral 2021-ci il tarixində Xarici İşlər Nazirliyinin rəhbərliyinin Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlar yanında fəaliyyət göstərən diplomatik nümayəndəlikləri ilə video-konfrans formatında görüşü keçirilib. Görüşdə, həmçinin xarici işlər nazirinin müavinləri, xüsusi tapşırıqlar üzrə səfirlər və XİN-in struktur bölmə rəhbərləri iştirak ediblər.

XİN-in Mətbuat Xidməti idarəsindən verilən məlumata görə, görüşü giriş sözü ilə açan nazir Ceyhun Bayramov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən, dövlətimizin milli maraqları əsaslanan çox vektorlu xarici siyasət fəaliyyəti, o cümlədən prioritet istiqamətlər və yeni çağırışlar, ikitərəfli və çoxtərəfli müstəvilərdə əlaqələrin inkişafından danışıb. Ötən il dünyanın üzləşdiyi yeni çağırışlara rəğmən ölkəmizin həyata keçirdiyi fəal xarici siyasət, qonşu dövlətlər prioritet təşkil etməklə, bütün dövlətlər ilə əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, dünya miqyasında irəli sürülən təşəbbüslər, beynəlxalq təşkilatlar çərçivəsində fəal iştirakımız və digər məsələlər üzrə konfrans iştirakçılarına ətraflı məlumat verilib.

Xüsusi diqqət ötən ilin 27 sentyabr tarixində Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycanın cavab əməliyyatları və 6 həftə davam edən Vətən müharibəsi nəticəsində əldə olunmuş Zəfərin bölgədə yaratdığı yeni reallıqlara və geosiyasi vəziyyətə ayrılıb. 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrasının bölgədə sülh, təhlükəsizlik və tərəqqiyə xidmət etdiyi vurğulanıb. Azərbaycan, eləcə də bölgədəki vəziyyətlə bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə ardıcıl və səmərəli şəkildə çatdırılması sahəsində diplomatik nümayəndəliklərimizin fəaliyyətinin əhəmiyyəti qeyd olunub.

Video-konfrans zamanı diplomatik nümayəndəliklərimizin rəhbərləri ilə il ərzində keçiriləcək əsas tədbirlər, bir sıra inzibati və təşkilati xarakterli məsələlər, həmçinin kadr məsələləri üzrə ətraflı fikir mübadiləsi aparılıb. Mövcud yeni reallıqlar şəraitində xarici siyasət kursunun səmərəli şəkildə həyata keçirilməsi ilə bağlı diplomatik nümayəndəliklərimizin təklifləri dinlənilib.

Tədbir iştirakçıları tərəfindən məlumatlandırma və əlaqələndirmənin təmin olunması baxımından onlayn görüşlərin əhəmiyyəti qeyd olunub və bu kimi məsləhətləşmələrin gələcəkdə davam etdirilməsi üzrə razılıq ifadə olunub.

  • QARABAĞ
  • SİYASƏT
  • İQTİSADİYAT
  • SOSİAL
  • İDMAN
  • DÜNYA
  • ŞOU
  • ƏLAQƏ
@ 2020 Bütün müəllif hüquqları qorunur. Developed by İbrahimoff.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir.

Nəticə yoxdur
Bütün nəticələr
  • QARABAĞ
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • İDMAN
  • DÜNYA
  • ŞOU

Məlumatdan istifadə etdikdə istinad mütləqdir.